Şənbə, 2024-04-20, 5:51 AM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

Ağıllı axmaq


Pyer çox ağıllı, zəkalı, savadlı, intelektual səviyyəsi yüksək olan, gənc bir oğlan idi. Zahiri əlamətləri gözəlliyinə görə, sadaladığım bu xüsusiyyətlərlə bərabərlik əmələ gətirirdi. Belə ki, onun şabalıdı rəngli balaca gözləri, qara və çal saçları, incə burunu, ensiz lakin, bir qədər uzunsov çənəsi vardı. Ciddi görkəmə, sərt baxışlara, inamlı yerişə malik idi. Hündür boyu ilə enki kürəyi isə ona  xüsusi bir gözəllik verirdi.

O, malik olduğu ağıldan heç vaxt öz xeyiri üçün istifadə edə bilmirdi. Yoldaşları, dostları, tanışları hamısı onu savadlı və ağıllı insan hesab edirdilər. Həmişə yaxşı məsləhətlər, böyük xeyirlər verirdi. Onun məsləhətlərinə əməl edənlər heç vaxt zərər çəkməz, əksinə böyük müvəffəqiyyətlər qazanardılar. O, yalnız başqalarına xeyir verir, özü isə daim zərərçəkən tərəf olurdu. Bir sözlə, belə nəticə çıxarmaq olar ki, Pyer özündən başqa hamıya xeyir verməyi bacaran insan idi.

Bəlkə də başqalarına xeyir verə bilmək üçün uğursuzluqları, zərərləri öz üzərinə götürməlisən. Bəlkə də başqalarını xoşbəxt etmək üçün özünü qurban verərək bədbəxt etməlisən. Bəlkə də yalnız özlərinə yarayanlar əslində, heç kimə və heç nəyə yaramırlar, yalnız özgələrinə yarayanlar isə özləri xeyir tapa bilmirlər.

Dost, yoldaş hesab etdiyi insanlar həmişə onun ağlından, məsləhətlərindən istifadə edərək böyük işlər görür, məhşurlaşır, ad-san qazanır, var-dövlət, şan-şöhrət sahibi olurdular. Yoldaşları onu "Düşünən beyin” adlandırırdılar. Onun beyni hər an, hər saniyə, hər dəqiqə dayanmadan, fasilə vermədən müəyyən məsələləri düşünür, müzakirə edirdi. Pyer öz savadına görə, daim başqalarından seçilirdi, lakin, başqaları da öz bacarıqlarına görə, Pyerdən seçilirdilər. Dostlarına, yoldaşlarına düşdükləri hər cür ağır vəziyyətlərdən hər zaman çıxış yollarını göstərərdi. Öz şəxsi və iş həyatına gəldikdə isə o, qərarsız insanıydı. Öz qərarını həmişə ən son anda verə bilirdi, tələsik qəbul edilən qərarlar isə ona xoşbəxtlik gətirmirdi.

 Pyerin iyirmi altı yaşı vardı, ancaq o, nə bir sənətin, nə də bir peşənin sahibi idi. Qəti əminliklə deyə bilərəm ki, qadınların ehtimalları kişilərin əminliklərindən daha doğru, daha dəqiqdir. Anası dəfələrlə Pyerə demişdi:

- Sən nədəsə böyük bir səhvə yol verirsən, sən biliyini əməldə tətbiq etmək bacarığını öyrənməlisən. İnsana ağıldan, bilikdən əlavə pul da lazımdır. Pul qazanmaq üçünsə ağılla bərabər bacarıq da gərəkdir.

Pyersə belə söhbətlər olan zaman anasıyla qətiyyən razılaşmırdı. Gələcəkdə var-dövlət, şan-şöhrət sahibi olacağına qəti əmin idi. Anası isə sadəcə olaraq, ehtimal edirdi ki, oğlu Pyer uçuruma yuvarlanmaq üzrədir.

Ailə həyatı qurmaq, evlənmək, ailə sahibi olmaq haqqında ümumiyyətlə heç düşünmürdü. Çünki, qadının ərinə xəyanət etməsindən çox qorxurdu. Həm də o, kiminsə ehtiyaclarını, tələblərini ödəmək gücündə deyildi. Ömrü boyu bir qadınla şübhə hissi, xəyanət qorxusu ilə birlikdə yaşamaqdansa təkbaşına və rahat yaşamağı üstün tuturdu.

Zaman öz axarıyla davam edir, günlər biri-birinin ardınca sürətlə ötüb keçirdi. Pyer otuz iki yaşında heç bir işlə məşğul olmayan, yaşadığı uğursuzların qurbanına çevrilmiş, bir insan olduğuna görə, anası çox narahat idi.

Bir günsə Pyer bankdan böyük məbləğdə pul kreditə götürərək ticarət fəaliyyətinə başlamağı qərara aldı və qəbul etdiyi bu qərarı gerçəkləşdirməyə nail oldu. Torpaq alqı-sarqısı ilə məşğul olmağa başladı. Lakin, onun bu sahədə də bəxti gətirmədi və o, özünü məğlub olmağa məhkum edilmiş insan hesab etməyə başladı. Kreditə aldığı böyük məbləğdə borcları geri qaytara bilmirdi. Onun pulu yox idi, tamamilə müflis olmuşdu və bu çətin vəziyyətdən çıxmaq üçün heç kəs ona kömək etmək niyyətində deyildi.

Həyatın amansız, olduqca sərt olan qayda və qanunlarına boyun əymək məcburiyyətində qalaraq özünü yaramaz, zəif, gücsüz, iradəsiz, bacarıqsız və ən pisi axmaq hesab edən Pyer itirmiş olduğu gücü, qüvvəni geri qaytara bilmək üçün yalnız və yalnız pulların böük rol oynadığını dərk edəndə qəzəbindən, hiddətindən, nifrətindən ağlamaq, bağırmaq istəyirdi. Gecələri dərd-kədərdən, qəm-qüssədən yata bilmirdi. Rəngi solğunlaşmış, bədəni zəifləmiş, iştahası kəsilmiş, çiyinləri düşmüş, boynu əyilmiş, beli bükülmüşdü. Düşdüyü bu ağır vəziyyətdən çıxış yolu tapa bilmədiyinə görə, dərdi-kədəri günü-gündən daha da artırdı.

Anasının ehtimalları yavaş-yavaş özünü doğruldurdu. Zavallı, kövrək ana ürəyi hər şeyi necə də əvvəlcədən hiss etmişdi.

Üç ay keçəndən sonra isə faciyəvi bir hadisə baş verdi. Pyerin anası qəzetdə bir məqalə gördü və çox sarsıldı. Qəzetdəki məqalənin başlığında yazılmışdı:

- Pyer adlı gənc bir insan naməlum səbəbdən intihar etmişdir və hal-hazırda intiharın səbəbləri araşdırılır.

Bəli bu, həqiqət idi. Nə qədər acı olsada şirin yalandan üstün olan həqiqət. Bu hadisə zavallı ananın xəstə bacısının qulluğunda dayandığı zaman baş vermişdi. İntiharın baş verdiyi həftə yazıq ana bacısının evində qalırdı.

Pyer həyatında baş verən tənəzülə dözə bilməyərək özünü qətlə  yetirdi. O anlamadı ki, bu dünyanın cəhənnəmini yaşamaq o dünyanın cəhənnəmini yaşamaqdan qat-qat yaxşıdır. Artıq, olan-olub, keçən-keçmişdi, baş vermiş hadisələri dəyişdirmək və yaxud zamanı geri qaytarmaq mümkün deyildi. Pyer bəlkə də borclarından yaxa qurtarmağın yolunu məhz, intiharda gördü. Ancaq gərək, mübarizə aparaydı, təslim olmayaydı, qəddar həyatın amansız qanunlarına baş əyməyəydi. O, zəif insanlar kimi çıxış yolunu intihar etməkdə gördü və özünü öldürməklə bərabər anasını da ölümə məhkum edəcəyini anlamadı.

Başa düşmürəm ki, axı nəyə görə həyat öz qəddar, amansız qayda və qanunlarıyla qartal qanadıyla uçmağa hazır olanları belə, ilan kimi sürünməyə məcbur edir? Axı, nəyə görə, insan öz məqsədinə insan kimi yox, ilan kimi sürünə-sürünə, it kimi hürə-hürə çatmalıdır? Amma, olduqca ədalətli və müqəddəs varlıq olan Allah sürünənlərə özlərini müdafiyə etmək üçün zəhər, itlərə isə dəmir kimi möhkəm dişlər verib. Yəni, Allah hər bir canlı varlığı yaradarkən, ona həyat verərkən ədalətlilik prinsipini başlıca amil hesab edib.

Pyer çox ağıllıydı, amma düşünürəm ki, ən ağılasığmaz qərarları adətən ən ağıllı insanlar verir. Anası qəzetdəki məqaləni gördükdən sonra çox sarsılmışdı, hər gün, hər saniyə, hər dəqiqə, hər saat əzabverici göz yaşları tökürdü, onun  zavallı, kövrək, yumşaq ana qəlbi parça-parça olmuşdu.

Bu cür dərdə dözmək hər bir ana üçün ağırdır.  Pyerin anası da dözmədi və övladının ölüm xəbərini eşitdiyi gündən on iki gün sonra  dünyasını dəyişdi.

Pyerin tənəzzülünün, məğlubiyyətinin səbəbi isə onda qələbəyə inam hissinin olmamasında oldu. Həm də o, xəyallar, arzular həvəsində olan xəyalpərəst insan idi. O, uğursuzluğa düçar olmamışdan əvvəl var-dövlət sahibi olacağına əmin idi. Bu əminlik isə xəyaldan başqa bir şey deyildi. Bir sözlə o, iradəsiz, zəif, gücsüz, xəyalpərəst insanıydı.

Həyat ucu-bucağı məlum olmayan, olduqca sərt dalğalara malik dənizə bənzəyir. Tale Pyeri məhz, bu dənizin ortasına atmışdı. Bu dənizdə batmamaq üçün  ona gəmi lazımıydı. Onun gəmisi yoxuydu, lakin, gəmi düzəltməyə malik olan ağlı vardı. Təkcə ağılla səadət tapmaq mümkün deyil. Ağılla bacarığın, iradəylə gücün, səbrlə dözümün vəhdəti isə insanı xoşbəxt edə bilər. Mühüm olan ağıllı olmaq deyil, mühüm olan ağıldan səmərəli şəkildə istifadə etməkdir. Əgər, Pyer sadaladığım xüsusiyyətləri özündə birləşdirə bilsəydi, düşdüyü həyat adlı dənizdən çıxa biləcəkdi. Ancaq o, bacarmadı, çünki, bacarmaq istəsə də öz bacarığına inanmadı. Həyatının ağır, dəhşətli, əzabverici günlərində isə Pyerin məsləhətləriylə xeyir tapan dost və yoldaşlarından heç biri onun yanında deyildi.  Həyatının çətin günlərində onlar Pyeri yalnız qoymuşdular.  Sonda onu deyə bilərəm ki, özgələrinə yarayan Pyer heç vaxt özünə yaraya bilmədi və ağıllı olsa da axmaq olduğunu sübut etdi. Bu adı yoldaşları ona qoymuşdular: "ağıllı axmaq”.

Bütün bu hadisələr sübut edirki, taleyinin xoşbəxt və ya bədbəxt olması yalnız, insanın özündən asılıdır.

 

28.06.2010

Müəllif: Nicat Həşimzadə

Mətni yazdı: Rauf Rəhmanov


Category: Hekayələr | Added by: НАНУ (2010-12-20)
Views: 750 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |