Cümə, 2024-04-26, 8:58 PM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

İki dəqiqənin böyük hökmü

İki dəqiqənin böyük hökmü 

1

Mən sevirdim çünki, sevgisiz həyat mənə maraqsız gəlirdi, həyatın mənasını sevgidə görürdüm. Gecə-gündüz sevdiyim qızla birgə həyat qurmaq niyyətinə nail olmaq üçün mübarizə yolları axtarırdım.

Sevdiyim qız çox gözəl idi. Onun gözəl gözləri, gözəl simasında əks olunan incə təbəssümü, mənalı üz cizgiləri , uzun qara saçları, nazik qaşları məni heyran edirdi. Elə bil ki, dünyanın bütün gözəllikləri məhz, bu qızda cəmləşirdi. İncə və səliqəli yerişi onun gözəlliyinə xüsusi bir rəng qatırdı. Hər dəfə onu görəndə qəlbim həyacandan sürətlə çırpınmağa başlayır və huşumu itirəcək vəziyyətə gəlirdim. İstədiyim cavabı alana qədər nə az, nə çox altı il mübarizə aparmalı olduşdum. Danışanda dodaqlarından çıxan mənalı və malahətli sözləri eşitdikcə elə bilirdim ki, dünyanı mənə bağışlayırlar. Dünyaya gəldiyi zaman ata və anası xeyli vaxt düşündükdən sonra onun adını Lalə qoymuşdular. Mən də elə düşünürdüm ki, bu Lalə çəmənlərdəki digər güllərdən fərqli olaraq heç vaxt solmayacaq. Lalə həqiqətən də bahar fəsli çəmənlərdə gözə dəyən gözəl güllər kimi təravətli idi, lakin fərq onda idi ki, bu gül digərlərindən daha gözəl, daha ətirli, daha məlahətli idi.

Mən elə də yaraşıqlı deyildim, bəzən güzgüyə baxanda utanırdım. Buna görə də, çalışırdım ki, ümumiyyətlə güzgüyə baxmayım. Ancaq sevinirdim ona görə ki, Lalədən istədiyim cavabı ala bilmişdim. Biz bir-birimizi həqiqi və saf məhəbbətlə sevirdik və mən düşünürdüm ki, dünyada mövcud olan heç bir qüvvə bizi bir-birimizə bağlayan sevgi adlı bu cazibə qüvvəsindən güclü deyil.

Bir dəfə qəflətən Lalə məndən soruşdu:

- Sənin mənə rast gəlməmişdən əvvəl nəvaxtsa sevdiyin olub?

Özümü itirsəm də bir qədər sükutdan sonra cavab verdim:

- Heç vaxt olmayıb çünki, qarşıma sənin kimi ürəyimə yatan bir qız çıxmamışdı. Bu cavab Laləni qane edən cavab oldu və yenidən söhbətə başladı:

- Bilirsən Eldar? Mən sənə rast gələn ana qədər oğlanların hamısının yalançı olduğunu, qızların hissləriylə oynayaraq onlarla vaxt keçirdiyini düşünürdüm. Ancaq, səni ilk dəfə görən zaman üzündəki mərdlik, kişilərə xas olan ciddiyət məni sənin haqqında müsbət fikirlər düşünməyə məcbur etdi. Səni görən kimi dərhal anladım ki, sən digərləri kimi deyilsən, buna görə də sənə inandım sənin hərəkətlərin, xarakterindəki yaxşı xüsusiyyətlər mənim yalnış qərar vermədiyimi sübut etdi.

Bu sözləri dinlədikdən sonra dərhal cavab verdim:

- Söz verirəm ki, sevgimə qarşılıq və mənə istədiyim cavabı verdiyinə görə, bir dəfə də olsun peşiman olmayacaqsan. Sənə ucu-bucağı bilinməyən xoşbəxtlik dənizi verəcəyimə and içirəm.

 

Biz olduqca xoşbəxt və şən idik. Bəzən dəniz sahillərində əl-ələ, çiyin-çiyinə gəzişir, şirin-şirin söhbətlər edirdik. Həm Lalə, həm də mən bu vaxta qədər keçirmədiyimiz hissləri keçirirdik. Biz məhəbbət adlı quyudan su içmişdik və bu suyun saflığı bizim həyatımıza xüsusi bir rəngarənglik gətirmişdi. Vaxtımızı birgə keçirməkdən böyük zövg alırdıq.

Günlər bir-birinin ardınca demək olar ki, qeyri-adi heç bir şey baş vermədən gəlib keçirdi. Mən və Lalə olduqca xoşbəxt və şən olduğumuza görə, günlərin necə tezliklə keçdiyini hiss etmirdik. Xoşbəxt olduğumuza görə, həyatda xoşbəxtliklə yanaşı bədbəxtlik adlı məhfumun da olduğunu dərk etmirdik. Hər ikimiz xoşbəxt idik, hər ikimiz məhəbbət odunun təsiri altında idik lakin, bu od  bizi qorxutmurdu, biz bu odda yandıqca yanmaq istəyir, bu odun sölələrinin getdikcə daha da böyüməsini arzulayırdıq. Məhəbbət adlı bu od insanların ruhunu ya xoşbəxt ya da bədbəxt edir. Bir çox insanlar bu alovu söndürmək gücünə malik deyil, söndürmək üçün mübarizə aparanlar isə böyük iradə və dözümə malik olmalıdırlar.

 

 

2

Hər şeyi adi qaydada davam edərkən qəflətən, qeyri-adi hadisələr baş verməyə başladı. Lalə bunlara inanmaq istəməsə də gerçək gerçək olaraq qalırdı. Mənim başqa bir qızla birlikdə əl-ələ, çiyin-çiyinə gəzdiyimi görmək ona çox ağır təsir etmiş və o düşünməyə başlamışdı ki, mən də qızların hissləriylə oynayaraq onlarla vaxt keçirən oğlanlardanam. Bütün bunları düşünərkən vicdan əzabı çəkirdim və dediyim sözlər yadıma düşürdü:

- Sevgimə qarşılıq verdiyinə görə, bir dəfə də olsun, peşiman olmayacaqsan.

Lalənin sevən və xoşbəxt qəlbinə sanki, birdən ucu çox iti olan bıçaq sancılmışdı. Əsl həqiqət isə tam başqa cür idi və mən bu həqiqəti ona heç cür açıqlaya bilmirdim.

Əsl həqiqət isə belə idi ki, Zərifə adlı bir qız eşitdiyimə,bildiyimə görə, məni sevirdi. Bir dəfə isə özü mənə yaxınlaşaraq sevgisini etiraf etdi. Mən isə uzun müddət sakit dayanaraq nə deyəcəyimi bilmədim. Daha sonra isə, mən öyrəndim ki, Zərifə xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, iki aydan  sonra həyatla vidalaşacaq. Bu xəbəri eşidəndə daxilimdə dərin bir gərginlik hiss etdim və məhz, bu anda qərara gəldim ki, qızın qəlbini qırmamalıyam. Nəticədə, biz görüşməyə başladıq  və xoş münasibət yaratdıq. Ömrünün son günlərində bu qız xoşbəxt yaşamalı idi və mən bunun üçün əlimdən gələni etməyə borclu idim. Lakin, bütün bunları Laləyə deməyi bacarmırdım. Çünki, necə deməli olduğunu bilmirdim.

Lalə mənim haqda olan fikirlərini tamamilə dəyişmişdi, məni görmək belə istəmirdi. Zərifə ilə məni birlikdə görəndən sonra biz demək olar ki, heç görüşməmişdik. Laləni səbəbdən çox nəticə maraqlandırırdı. Səbəbi bilmədən yalnız nəticəyə görə mənimlə bu cür rəftar etməyi düzgün deyildi.

 

 

3

Artıq iki aya yaxın vaxt keçmişdi. Lalədən ayrı qaldığım, onunla görüşə bilmədiyim, ona həqiqəti deməyi bacarmadığım üçün çox üzülürdüm. Bir gün məni son dərəcə təəccübləndirəcək xəbəri eşitdim. Lalə mənimlə bağlı xatirələri birdəfəlik yaddaşından silmək üçün Bakıda qalmaq istəməmiş, Berlinə getməyi qərara almışdır. Məhz həmin gün: Lalənin Berlinə getmək istədiyi gün həyatımın ən həyacanlı günü oldu. Həmin gün qərara almışdım ki, onu heç olmasa hava limanında saxlayacam, getməyə imkan verməyəcəm və bütün həqiqəti söyləyəcəm. Evdə təlaş içərisində bunları düşünərkən qəflətən telefonuma zəng gəldi. Dəstəyi qaldırdım və bu sözləri eşitdim:

- Zərifənin halı qəflətən pisləşib və səni görmək istəyir.

Mən əlacsız qalaraq Zərifənin yanına getməli oldum. Bir qədər vaxt onun yanında qaldıqdan sonra hava limanına getmək üçün evdən çıxmaq qərarına gəldim və qapıdan çıxanda Zərifə səslədi:

- Eldar səni çox sevirəm.

Mən də yalan danışmaq məcburiyyətində qalaraq cavab verdim:

- Mən də səni çox sevirəm.

Evin qapısından çıxandan sonra əsas yola çatmaq üçün dərhal sürətlə qaçmağa başladım. Əsas yola çatmağımla taksiyə oturmağım bir oldu. Saat 18:00-da Berlinə getməli olan reys səmaya qalxmalı idi. Mən isə heç olmasa 17:50-də hava limanında olmalı idim ki, on qəqiqə ərzində Lələyə bütün həqiqəti deyə bilim, bunun üçün on dəqiqə kifayət edərdi: Lakin hələ ki, hər şey düşündüyümün əksinə gedirdi. Yolda tıxaca düşməyim isə məni lap özümdən çıxartdı. Təxminən on beş dəqiqə tıxacda qaldıq. Nəhayət qırx beş dəqiqədən sonra hava limanına çatqıq. Taksi sürücüsünün maşınında saat 17:58-i göstərirdi. Hava limanındakı nəzarətçidən Berlinə uçan reysin  yola düşüb-düşmədiyini, bu reyslə getməli olan sərnişinlərin nə üçün görünmədiklərini soruşdum. Eşitdiyim cavab mənim üçün son dərəcə kədərli oldu:

- Gecikmisiniz cənab. Berlinə getməli olan reys iki dəqiqə bundan əvvəl səmaya qalxdı.

Bu xəbəri eşidəndə elə bil, başıma qaynar su tökdülər. Çox dəhşətli vəziyyətdə idim. Ayaqlarım yerimir, bədənim titrəyir, əllərim əsir,dizlərim bükülürdü. Ancaq, yeriməyə çalışaraq hava limanını tərk etmək istəyirdim, bu anda isə tanış bir səs eşitdim.

- Eldar sən burada neynirsən?

Inana bilmirdim, bu səs Lalənin səsi idi. Bu anda elə bildim ki, dünyanın ən xoşbəxt  insanıyam. Qəlbimdəki ümid işığı parlamağa başladı. Mən ondan getməməyinin səbəbini soruşanda çox maraqlı cavab verdi:

- Pasportumu itirdiyimə görə gedə bilmədim.

Fürsətdən istifadə edib bütün həqiqəti Laləyə bildirdim. O da,  inanaraq Zərifəyə baş çəkmək istədiyini söylədi.

Biz birlikdə Zərifəyə baş çəkməyə getdik. Mən Zərifəyə Lalənin xalam qızı olduğunu dedim. Zərifə bizə olduqca maraqlı məlumat verdi.

- Bilirsən, Lalə? İki gün bundan qabaq əvvəl sən geyim mağazasında çantandan pul çıxararkən pasportun yerə düşdü. Mən pasportu yerdən götürsəm də, sənə yetişə bilmədiyim üçün geri qaytara bilmədim. Sən mağazadan tələsik çıxdın, sonra isə taksiylə getdin. Pasportu bizim yaşadığımız qəsəbədə polis bölmə rəisi vəzifəsində çalışan dayıma verdim.

Bu iki gün ərzində Lalə elə bilirdi ki, pasportu çantasındadır. Bir həftədən sonra Zərifə həyatla vidalaşdı və biz; Lalə və mən nigah bağladıq, ailə qurduq, bütün həyatımız boyu xoşbəxt, firavan yaşadıq və yaşamaqda davam edirik.

Bu hadisələrdən sonra mən bir daha əmin oldum ki, Allah hər bir xeyirli işin mükafatını verir.

Hal-hazırda biz orta yaş həddini də keçmiş insanlarıq. Lakin, hələ də həmin günlərin xatirələri ilə yaşayırıq.

 

 

 

Tarix:08.06.2010

Müəllif: Nicat Həşimzadə

Mətni yazdı: Rauf Rəhmanov

E-mail:vipwebdesign@mail.ru

Web site: http://foryoung.do.am/

 

 

Düz dayanmısansa kölgənin əyri düşməyindən qorxma. (Çin məsəli)

Category: Hekayələr | Added by: НАНУ (2010-12-06)
Views: 804 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |