İki dəqiqənin böyük hökmü
1
Mən sevirdim
çünki, sevgisiz həyat mənə maraqsız gəlirdi, həyatın mənasını sevgidə görürdüm.
Gecə-gündüz sevdiyim qızla birgə həyat qurmaq niyyətinə nail olmaq üçün
mübarizə yolları axtarırdım.
Sevdiyim qız çox
gözəl idi. Onun gözəl gözləri, gözəl simasında əks olunan incə təbəssümü,
mənalı üz cizgiləri , uzun qara saçları, nazik qaşları məni heyran edirdi. Elə
bil ki, dünyanın bütün gözəllikləri məhz, bu qızda cəmləşirdi. İncə və səliqəli
yerişi onun gözəlliyinə xüsusi bir rəng qatırdı. Hər dəfə onu görəndə qəlbim
həyacandan sürətlə çırpınmağa başlayır və huşumu itirəcək vəziyyətə gəlirdim.
İstədiyim cavabı alana qədər nə az, nə çox altı il mübarizə aparmalı olduşdum.
Danışanda dodaqlarından çıxan mənalı və malahətli sözləri eşitdikcə elə
bilirdim ki, dünyanı mənə bağışlayırlar. Dünyaya gəldiyi zaman ata və anası
xeyli vaxt düşündükdən sonra onun adını Lalə qoymuşdular. Mən də elə düşünürdüm
ki, bu Lalə çəmənlərdəki digər güllərdən fərqli olaraq heç vaxt solmayacaq.
Lalə həqiqətən də bahar fəsli çəmənlərdə gözə dəyən gözəl güllər kimi təravətli
idi, lakin fərq onda idi ki, bu gül digərlərindən daha gözəl, daha ətirli, daha
məlahətli idi.
Mən elə də
yaraşıqlı deyildim, bəzən güzgüyə baxanda utanırdım. Buna görə də, çalışırdım
ki, ümumiyyətlə güzgüyə baxmayım. Ancaq sevinirdim ona görə ki, Lalədən
istədiyim cavabı ala bilmişdim. Biz bir-birimizi həqiqi və saf məhəbbətlə
sevirdik və mən düşünürdüm ki, dünyada mövcud olan heç bir qüvvə bizi
bir-birimizə bağlayan sevgi adlı bu cazibə qüvvəsindən güclü deyil.
Bir dəfə
qəflətən Lalə məndən soruşdu:
- Sənin mənə
rast gəlməmişdən əvvəl nəvaxtsa sevdiyin olub?
Özümü itirsəm də
bir qədər sükutdan sonra cavab verdim:
- Heç vaxt
olmayıb çünki, qarşıma sənin kimi ürəyimə yatan bir qız çıxmamışdı. Bu cavab
Laləni qane edən cavab oldu və yenidən söhbətə başladı:
- Bilirsən
Eldar? Mən sənə rast gələn ana qədər oğlanların hamısının yalançı olduğunu,
qızların hissləriylə oynayaraq onlarla vaxt keçirdiyini düşünürdüm. Ancaq, səni
ilk dəfə görən zaman üzündəki mərdlik, kişilərə xas olan ciddiyət məni sənin
haqqında müsbət fikirlər düşünməyə məcbur etdi. Səni görən kimi dərhal anladım
ki, sən digərləri kimi deyilsən, buna görə də sənə inandım sənin hərəkətlərin,
xarakterindəki yaxşı xüsusiyyətlər mənim yalnış qərar vermədiyimi sübut etdi.
Bu sözləri
dinlədikdən sonra dərhal cavab verdim:
- Söz verirəm
ki, sevgimə qarşılıq və mənə istədiyim cavabı verdiyinə görə, bir dəfə də olsun
peşiman olmayacaqsan. Sənə ucu-bucağı bilinməyən xoşbəxtlik dənizi verəcəyimə
and içirəm.
Biz olduqca
xoşbəxt və şən idik. Bəzən dəniz sahillərində əl-ələ, çiyin-çiyinə gəzişir, şirin-şirin söhbətlər edirdik. Həm Lalə, həm də
mən bu vaxta qədər keçirmədiyimiz hissləri keçirirdik. Biz məhəbbət adlı
quyudan su içmişdik və bu suyun saflığı bizim həyatımıza xüsusi bir
rəngarənglik gətirmişdi. Vaxtımızı birgə keçirməkdən böyük zövg alırdıq.
Günlər
bir-birinin ardınca demək olar ki, qeyri-adi heç bir şey baş vermədən gəlib
keçirdi. Mən və Lalə olduqca xoşbəxt və şən olduğumuza görə, günlərin necə
tezliklə keçdiyini hiss etmirdik. Xoşbəxt olduğumuza görə, həyatda xoşbəxtliklə
yanaşı bədbəxtlik adlı məhfumun da olduğunu dərk etmirdik. Hər ikimiz xoşbəxt
idik, hər ikimiz məhəbbət odunun təsiri altında idik lakin, bu od bizi qorxutmurdu, biz bu odda yandıqca yanmaq
istəyir, bu odun sölələrinin getdikcə daha da böyüməsini arzulayırdıq. Məhəbbət
adlı bu od insanların ruhunu ya xoşbəxt ya da bədbəxt edir. Bir çox insanlar bu
alovu söndürmək gücünə malik deyil, söndürmək üçün mübarizə aparanlar isə böyük
iradə və dözümə malik olmalıdırlar.
2
Hər şeyi adi
qaydada davam edərkən qəflətən, qeyri-adi hadisələr baş verməyə başladı. Lalə bunlara
inanmaq istəməsə də gerçək gerçək olaraq qalırdı. Mənim başqa bir qızla
birlikdə əl-ələ, çiyin-çiyinə gəzdiyimi görmək ona çox ağır təsir etmiş və o
düşünməyə başlamışdı ki, mən də qızların hissləriylə oynayaraq onlarla vaxt
keçirən oğlanlardanam. Bütün bunları düşünərkən vicdan əzabı çəkirdim və
dediyim sözlər yadıma düşürdü:
- Sevgimə
qarşılıq verdiyinə görə, bir dəfə də olsun, peşiman olmayacaqsan.
Lalənin sevən və
xoşbəxt qəlbinə sanki, birdən ucu çox iti olan bıçaq sancılmışdı. Əsl həqiqət
isə tam başqa cür idi və mən bu həqiqəti ona heç cür açıqlaya bilmirdim.
Əsl həqiqət isə
belə idi ki, Zərifə adlı bir qız eşitdiyimə,bildiyimə görə, məni sevirdi. Bir
dəfə isə özü mənə yaxınlaşaraq sevgisini etiraf etdi. Mən isə uzun müddət sakit
dayanaraq nə deyəcəyimi bilmədim. Daha sonra isə, mən öyrəndim ki, Zərifə xərçəng
xəstəliyindən əziyyət çəkdiyinə görə, iki aydan
sonra həyatla vidalaşacaq. Bu xəbəri eşidəndə daxilimdə dərin bir
gərginlik hiss etdim və məhz, bu anda qərara gəldim ki, qızın qəlbini
qırmamalıyam. Nəticədə, biz görüşməyə başladıq
və xoş münasibət yaratdıq. Ömrünün son günlərində bu qız xoşbəxt
yaşamalı idi və mən bunun üçün əlimdən gələni etməyə borclu idim. Lakin, bütün
bunları Laləyə deməyi bacarmırdım. Çünki, necə deməli olduğunu bilmirdim.
Lalə mənim haqda
olan fikirlərini tamamilə dəyişmişdi, məni görmək belə istəmirdi. Zərifə ilə
məni birlikdə görəndən sonra biz demək olar ki, heç görüşməmişdik. Laləni
səbəbdən çox nəticə maraqlandırırdı. Səbəbi bilmədən yalnız nəticəyə görə mənimlə
bu cür rəftar etməyi düzgün deyildi.
3
Artıq iki aya
yaxın vaxt keçmişdi. Lalədən ayrı qaldığım, onunla görüşə bilmədiyim, ona
həqiqəti deməyi bacarmadığım üçün çox üzülürdüm. Bir gün məni son dərəcə
təəccübləndirəcək xəbəri eşitdim. Lalə mənimlə bağlı xatirələri birdəfəlik
yaddaşından silmək üçün Bakıda qalmaq istəməmiş, Berlinə getməyi qərara
almışdır. Məhz həmin gün: Lalənin Berlinə getmək istədiyi gün həyatımın ən həyacanlı
günü oldu. Həmin gün qərara almışdım ki, onu heç olmasa hava limanında
saxlayacam, getməyə imkan verməyəcəm və bütün həqiqəti söyləyəcəm. Evdə təlaş
içərisində bunları düşünərkən qəflətən telefonuma zəng gəldi. Dəstəyi qaldırdım
və bu sözləri eşitdim:
- Zərifənin halı
qəflətən pisləşib və səni görmək istəyir.
Mən əlacsız
qalaraq Zərifənin yanına getməli oldum. Bir qədər vaxt onun yanında qaldıqdan
sonra hava limanına getmək üçün evdən çıxmaq qərarına gəldim və qapıdan çıxanda
Zərifə səslədi:
- Eldar səni çox
sevirəm.
Mən də yalan
danışmaq məcburiyyətində qalaraq cavab verdim:
- Mən də səni
çox sevirəm.
Evin qapısından
çıxandan sonra əsas yola çatmaq üçün dərhal sürətlə qaçmağa başladım. Əsas yola
çatmağımla taksiyə oturmağım bir oldu. Saat 18:00-da Berlinə getməli olan reys
səmaya qalxmalı idi. Mən isə heç olmasa 17:50-də hava limanında olmalı idim ki,
on qəqiqə ərzində Lələyə bütün həqiqəti deyə bilim, bunun üçün on dəqiqə
kifayət edərdi: Lakin hələ ki, hər şey düşündüyümün əksinə gedirdi. Yolda
tıxaca düşməyim isə məni lap özümdən çıxartdı. Təxminən on beş dəqiqə tıxacda
qaldıq. Nəhayət qırx beş dəqiqədən sonra hava limanına çatqıq. Taksi
sürücüsünün maşınında saat 17:58-i göstərirdi. Hava limanındakı nəzarətçidən
Berlinə uçan reysin yola düşüb-düşmədiyini,
bu reyslə getməli olan sərnişinlərin nə üçün görünmədiklərini soruşdum.
Eşitdiyim cavab mənim üçün son dərəcə kədərli oldu:
- Gecikmisiniz
cənab. Berlinə getməli olan reys iki dəqiqə bundan əvvəl səmaya qalxdı.
Bu xəbəri
eşidəndə elə bil, başıma qaynar su tökdülər. Çox dəhşətli vəziyyətdə idim.
Ayaqlarım yerimir, bədənim titrəyir, əllərim əsir,dizlərim bükülürdü. Ancaq,
yeriməyə çalışaraq hava limanını tərk etmək istəyirdim, bu anda isə tanış bir
səs eşitdim.
- Eldar sən burada
neynirsən?
Inana bilmirdim,
bu səs Lalənin səsi idi. Bu anda elə bildim ki, dünyanın ən xoşbəxt insanıyam. Qəlbimdəki ümid işığı parlamağa
başladı. Mən ondan getməməyinin səbəbini soruşanda çox maraqlı cavab verdi:
- Pasportumu
itirdiyimə görə gedə bilmədim.
Fürsətdən
istifadə edib bütün həqiqəti Laləyə bildirdim. O da, inanaraq Zərifəyə baş çəkmək istədiyini
söylədi.
Biz birlikdə
Zərifəyə baş çəkməyə getdik. Mən Zərifəyə Lalənin xalam qızı olduğunu dedim.
Zərifə bizə olduqca maraqlı məlumat verdi.
- Bilirsən, Lalə?
İki gün bundan qabaq əvvəl sən geyim mağazasında çantandan pul çıxararkən
pasportun yerə düşdü. Mən pasportu yerdən götürsəm də, sənə yetişə bilmədiyim
üçün geri qaytara bilmədim. Sən mağazadan tələsik çıxdın, sonra isə taksiylə
getdin. Pasportu bizim yaşadığımız qəsəbədə polis bölmə rəisi vəzifəsində
çalışan dayıma verdim.
Bu iki gün
ərzində Lalə elə bilirdi ki, pasportu çantasındadır. Bir həftədən sonra Zərifə
həyatla vidalaşdı və biz; Lalə və mən nigah bağladıq, ailə qurduq, bütün
həyatımız boyu xoşbəxt, firavan yaşadıq və yaşamaqda davam edirik.
Bu hadisələrdən
sonra mən bir daha əmin oldum ki, Allah hər bir xeyirli işin mükafatını verir.
Hal-hazırda biz
orta yaş həddini də keçmiş insanlarıq. Lakin, hələ də həmin günlərin xatirələri
ilə yaşayırıq.
Tarix:08.06.2010
Müəllif: Nicat Həşimzadə
Mətni yazdı: Rauf Rəhmanov
E-mail:vipwebdesign@mail.ru
Web
site: http://foryoung.do.am/
Düz dayanmısansa kölgənin əyri düşməyindən
qorxma. (Çin məsəli)
|