Yazın
ən gözəl çağları, aprel ayının ortaları idi. Təbiət olduqca şən görünürdü. Hər
tərəf yaşıllaşmışdı. Uca, enli gövdəli ağacların günəş şüalarıaltında parlayan yarpaqlarına baxmaq insana
zövq verirdi. Baxçalardakı güllər, çiçəklər, otlar insanı valeh edirdi. Havadan
əsil bahar təravəti duyulurdu. Səmada qanad çalan quşlar olduqca xoşbəxt
görünürdülər. Belə havada biri-birini sevən iki şəxs gəzintiyə çıxsaydı, təbiət
onların məhəbbətinə böyük məmnuniyyətlə xeyir-dua verərdi. Maraqlı məqam ondan
ibarət idi ki, səmada qanad çalan quşlar da tək deyillər.Onlar da sevirdilər,
onlar da sevilirdilər. Ancaq, sevgi əzabına düçar olmuş bəzi insanlar həyatdan
küsür, tək-tənha yaşamağı qərara alır. Sanki, bu insanlar heç kəsin onların çəkdiyi
sevgi əzabina mane olmamalarını istəyirlər. İnsan tək olanda həqiqətən də bədbəxt
görünür, təbiət isə olduqca xoşbəxt idi, çünki o, tək deyildi.Otlar, çiçəklər,
güllər, ağaclar, yarpaqlar biri-birilərinə dəstək olurdular. Qışın qarlı-şaxtalı
günlərində onlar ayrılmır, sanki soyuqdan qorunaraq bir-birilərinə dayaq
olurdular. Təbiət insanlara olduqca böyük xeyir verir, insanlar isə bəzən ona
qarşı olduqca amansız olurlar. Yediyimiz meyvələr,istifadə etdiyimiz mebellər,
ifa etdiyimiz musiqi alətləri, gündəlik həyatdaistifadəsi zəruri olan ərzaq məhsulları təbiətin bizə bəxşişi deyilmi?
Qışın qarlı, şaxtalı günlərində isinmək üçün peçlərdə yandırılan odun təbiətin
bizə hədiyyəsi deyilmi? Həqiqətən də insan bir şeyi itirəndən sonra qədrini
bilir. O, zaman isə artıq gec olur. İnsanlar bəzən təbiətə olduqca böyük zərərlər
verirlər. Buna görə də bəzən təbiət də bu amansız rəftara qarşı biganə qala
bilmir, tufanlar, vulkanlar, qasırğalar, leysanlar, bir sözlə qarşısı alınmaz təbii
fəlakətlər törədir. Orta
məktəbdə 4-cü sinifdə oxuyurdum. Dərsdə oturmağa heç vaxt səbrim çatmırdı. Pəncərənin
yanında oturmuşdum və müəllimə qulaq asmaq əvəzinə həyətə baxırdim.Hava çox gözəl
idi.Futbol oynamaq üçün lazım olan hava
idi. Dərs zamanı pəncərədən həyətə baxarkən daha da ədəbləşərdim. Dərsdə
oturmaq istəməzdim. Çünki, bunu faydasiz hesab edirdim. Mən futbol oynamaq,
dostlarımla görüşmək istəyirdim. Gələcəkdə məşhur bir futbolçu olacağıma ümid
edirdim. Pəncərədən həyətə baxan zaman bəzən uzun müddətə xəyala dalardım. Gələcəyimi
düşünərdim. Düşünürdüm ki, gələcəkdə peşəkar futbolçu olacam. Televizorda bizim
komandanın oyununu verəcəkler. Komandam 1-0 məğlub durumda ikən mən 88-90-cı dəqiqələrdə
rəqib qapısına iki qol vuracam, bununla da komandam həm məğlubiyyətdən yaxa
qurtaracaq, həm də qalib gələcək. Mən isə komandanın xilaskarı hesab
olunacağam. Bunları düşünən zamanda sinifimizin qapısı açıldı, içəri iki nəfər
daxil oldu; direktor müavini və mənimlə həmyaşıd olan bir uşaq. Həmyaşıdlarımı
həmişə uşaq adlandırırdım. Mənə isə uşaq deyə, müraciət edəndə əsəbiləşərdim,özümü
ağıllı hesab edirdim. Direktor müavinin danışığından belə bəlli oldu ki, bu
uşaq məktəbimizə yeni gəlib və bizim sinifimizdə oxuyacaq. Direktor müavini
orta yaşlı, hündür boylu, sərt baxışlı, qalın qaşlı, donqar burunlu bir müəllim
idi. Yanındakı
uşağı görəndə bir qədər kədərləndim. Şalvarinda iki ədəd yamağ var idi, pencəyinə
baxanda məlum olurdu ki, köhnədir, ayaqqabılarının dabanı bir qədər yonulmuşdu.
Çantasında xeyli tikiş yeri vardı. Bütün bunlar sübut edirdi ki, bu uşaq çox
kasıb ailədəndir. Mənim ailəm də bir o qədər varlı deyildi. Bir təhər dolana
bilirdik. Mənim də geyimim bir qədər köhnəlmişdi. Atam bənna işləyirdi, anam isə
evdar qadın idi. Mən ailənin yeganə övladı olmuşam. Sinifimizə yeni gələn
uşağın adı Rəhman idi. Üzünə baxanda bilinirdi ki, qürurlu, ləyaqətli uşaqdır.
Yaşından bir qədər böyük görünürdü. Müəlliməmiz onu uşaqlarla tanış etdi. Sinif
yoldaşlarım Rəhmanı elə də yaxşı qarşılamadılar. Yanımdakı yer boş idi, onu öz
yanıma dəvət etdim və mənim yanımda oturdu. Bizim vəziyyətlərimiz bir qədər
oxşar idi. O da mənim kimi geyim sarıdan digər uşaqlardan geri qalırdı. Biz həm
sinif yoldaşı, həm də parta yoldaşı olduq. Sinif
yoldaşlarımız Rəhmanla məndənhəmişə
uzaq gəzirdilər. Bunun da səbəbi məlum idi. Onlar bizi özlərinə
yaraşdırmırdılar. Bizim geyimlərimiz köhnə idi. Pulumuz yox idi, dəftərlərimiz,
çantamız onlarınkına nisbətən ucuz idi. Rəhman
gələnə qədər mən həmişə özümü tək-tənha hiss edirdim. Sinif uşaqları mənimlə
yad insan kimi rəftar edirdilər. Sinifdə özümü qərib hiss edirdim. Tərki
dünyalığı seçmişdim. Rəhmanda da bu cür xüsusiyyətlər var idi. Bizi birləşdirən
dəyər də məhz, bundan ibarət idi. Gəldiyi müddətdən bir qədər sonra Rəhman
sinifimizin əlaçılar sırasına daxil oldu. Onlarla rəqabət aparırdı və mən
inanırdım ki,bu gedişlə o, sinifimizin ən çalışqan,ən bacarıqlı şagirdi olacaq.
Rəhmandan fərqli olaraq mən dərslərimi yaxşı oxumurdum. Gecə-gündüz xəyallarla
yaşayırdım. Ancaq,atam həmişə mənə deyirdi: - Oğul,xəyallarla
yaşama,bu,səni uçuruma aparacaq.Xəyalpərəst insan olma.Qarşına bir məqsəd qoy və
məqsədinə nail olmaq üçün əzmlə mübarizə apar. Futbolçu olmaq istəyin sənin sadəcə
olaraq uşaqlara xas olan bir istəkdir. Dərslərini
yaxşı oxu, yaxşı qiymətlər al, ananı da, məni də sevindir. Unutma ki, sən ailənin
yeganə övladısan. Mən
atama sadəcə olaraq qulaq asırdım, onunla heç vaxt razılaşmırdım. Atam isə məni
heç vaxt nəyəsə məcbur etməzdi. O, mənə yaxşı məsləhətlər verirdi. Seçim etməkdə
isə mən həmişə azad olmuşam. Get-gedə,
zaman ötdükcə Rəhmanla dostlaşırdım. O bacarıqlı və istedadlı uşaq idi. Yaşının
az olmasına baxmayaraq, mən deyərdim ki, hətta dərin zəka sahibi idi. Rəhmanın
atası avtomabil qəzasında həlak olmuşdur. Məhz, bu hadisədən sonra bu ailənin
güzəranı pisləşmişdi,anası işləməyə məcbur olmuşdu. O,çörək bişirilən zavodda
işləyirdi. Beş yaşlı Rəhmana isə nənəsi baxmışdı. Ananın aldığı əmək haqqı ailənin
ehtiyaclarını ödəyəcək qədər deyildi. Bir sözlə, məlumdur ki, Rəhman kasıb
mühitdə böyümüşdü. Bütün bunlara baxmayaraq, istər Rəhman, istərsə də anası
düzgün, dürüst insanlar olduqlarına görə, böyük hörmət sahibi olmuşlar. Rəhman
olduqca qürurlu, dürüst olduğuna görə, ona olan hörmətim sonsuzdur. Artıq may ayı idi. Havanın hərarətindən bəlli
etmək olardı ki, yay fəsli gəlməkdədir. Yay fəslini çox sevirdim, çünki, yay tətilini
həmişə səbirsizliklə gözləyərdim. Üç ay məktəbdən uzaq olacaqdım və
yoldaşlarımla futbol oynayacaqdım. Bəzən atamın sözləri yadıma düşürdü; "xəyal-pərəst
olma”, "xəyallarla yaşama”. Bunları daha çox düşündüyüm zamanlarda bir dəfə
atam məni yanına çağırdı və dedi: - Sən yenə də boş-boş xəyallar qurursan, xəyallarla
yaşayırsan. Axı sənə demişdim ki, xəyal-pərəstliyindən əl çək. Bir şeyi dəqiq
bil ki, xəyal və məqsəd fərqli şeylərdir, məqsədinə nail ola bilərsən, xəyallar
isə həmişə xəyal olaraq qalır, reallığa çevrilmir, çünki, adından göründüyü
kimi sadəcə olaraq xəyaldır. Atama həmişə qulaq asırdım, sadəcə olaraq
qulaq asırdım. Eşidəndə isə artıq iş-işdən keçmiş olurdu. Atam hər zaman mənə
atadan əvvəl çox yaxın dost olub. Bəlkə də səhv elə bunda olub. İnsandostunu eşitməyə də bilər, amma atasını mütləq
eşitməlidir. Artıq, yay tətilinə çıxmışdıq, eyni
zamanda ibtidai sinifi bitirmişdik. Üç aydan sonra mən beşinci sinif şagirdi
olacaqdım. Mən demək olar ki, bütün günümü Rəhmanlabirlikdə keçirirdim. O, həqiqətən də sadiq, səmimi,
dost yolunda hər bir fədakarlığa hazır olan, sözündən dönməz, duyğulara, düşüncələrə
dəyər verən, insanlara və insanlığa qiymət verməyi bacaran insandır. Mənim
ondan başqa heç bir dostum olmadığı kimi, onun da məndən başqa dostu yox idi. O,
yay təti-lini İsmayıllıda keçirmək istəyirdi. Mən isə bu barədə qətiyyən düşünməmişdim.
Futbol mənim üçün həyat demək idi, futbol oynamasaydım yaşaya bilməzdim. Ona
görə də, düşünürdüm ki, tətildə öz vaxtımı uşaqlarla futbol oynamağa sərf edəcəm.
Bundan əlavə, Bakıda qalmağımın başqa səbəbi də var idi. Valideynlərim məni
qohumlarımızın evinə göndərməzdilər, çünki, çox dəcəl idim. Bəzən bağlara girər,
meyvələri oğurlayardım. Bilirdim ki, bu, düzgün iş deyil, amma, bu iş mənim çox
xoşuma gəlirdi, çünki, bağlara xəlvəti girməkdən böyük zövq alırdım. Yay tətilinin ortaları idi. Bir gün bir məsələ
diqqətimi cəlb etdi. Düşünməyə başlamışdım ki, axı nəyə görə ağacların hamısı
meyvə vermir, meyvələrin isə dadları cürbəcür olur. Bir gün bununsəbəbini atamdan soruşmaq qərarına gəldim. O,
isə cavabında bildirdi: Bilirsən?
Ağaclar çoxdur, amma hamısı meyvə vermir , meyvələr də çoxdur, amma hamısı
dadlı deyil. Hər insanın öz məqsədi, öz funksiyası, vəzifəsi olduğu kimi, hər
ağacın da öz vəzifəsi var. Bəzi ağaclar meyvə verir, bəzi ağaclar tozun
qarşısını alır, bəzi ağaclar isə kölgə salır. Mən deyərdim ki, yararsız ağac
yoxdur, amma, yararsız insan var. Ağaclar yalnız qocalanda yararsız olur, insan
isə hər yaşda yararsız ola bilir. Insanlara ağaclar lazımdır, ağaclar isə
insanlardan asılı deyil. Insanlar ağaclarsız yaşaya bilməzlər, ağaclar isə
onsuzda insanlarsız yaşaya bilirlər. Lakin, bəzi insanlar var ki, bütün bunları
dərk edir və təbiətə qulluq göstərirlər. Bu cavab məni qane etməyə bilməzdi. Sonralar
da bu barədə xeyli düşündüm və nəhayət; belə qərara gəldim ki, daha bağlardan
oğurluq etməyəcəm. Ancaq bir dəfəatama
yenə də təbiətlə əlaqədar bir sual verdim. Ata,
bəs nəyə görə, hər bir insan ağaclardan meyvələri qoparır. Bir bağban uzun müddət
ağaclara qulluq edir, ağaclar böyüyür, meyvələr verir. Meyvələri isə hər bir
insan ağaclardan qopara bilər. Axı, o insanlar həmin ağaclara bir dəfə də
olsun, qulluq göstərməyiblər. Atam diqqətlə məni dinlədi və bir qədər
düşündükdən sonra cavab verdi: -
Oğul, təbiət insanlara fərdi şəkildə münasibət bəsləmir. Bir insan hər hansısa
bir ağaca qulluq etsə, həmin ağac elə bilir ki, bütün insanlar ona qulluq
edib.Təbiət bütövlükdə cəmiyyətə xidmət göstərir. Mən
bu cavabdan sonra, yenidən başqa bir sual verdim: -
Ata, bəs necə olur ki, yerindən tərpənmək, hərəkət etmək imkanı olmayan ağaclar
bütün insanları düşünür və onlara xeyir verir, bir çox şeyləri etmək
iqtidarında olan insanlara, yalnız, öz şəxsi mənfəətlərini düşünürlər? Atamın
cavabı maraqlı və olduqca mənalı oldu: -
Oğul, ağaclar yerlərindən tərpənməsələr də qolları, budaqları çoxdur, insanın
isə cəmi iki qolu var. Ağaclar insanlara nisbətən daha xoşbəxtdirlər, canlılar
arasında ən ədalətli varlıq bitkilərdir. Artıq,
həyatı dərk etməyə başlamışdım. Artıq başa düşürdüm ki, həyat yalnız, iyirmi
iki nəfərin bir top uğrunda mübarizə apardığı yaşıl meydandan ibarət deyil. Həyat
hadisələri mənə əvvəl- kinə nisbətən daha maraqlı təsir bağışlayırdı.bu hadisələri
və futbol oyunlarını nəzərə almasaq, bu yay təyilində elə də, maraqlı hadisələr
olmadı. Rəhman isə yay tətilində İsmayıllıda dincəlirdi.
Sentyabrın birinə altı-yeddi gün qalırdı.Rəhman iki gündən sonra qayıtmalı idi.
Onu görəcəyim günü səbirsizlə gözləyirdim.Çünki, o, mənim yeganə dostum idi.Qəribə
olsa da artıq, dərslərin başlamasını istəyirdim. Uşaqlarla futbol oynamaq mənə əvvəlki
kimi zövq vermirdi. Nəhayət, sentyabr ayı gəlib çatdı. Havadan
payız təravəti duyulur, payız sərinliyi müşahidə olunurdu. Ağaclardakı
yarpaqlar yavaş-yavaş saralmağa başlayır, narın-narın yağış yağırdı. Asfaltın
üstüylə şütüyən maşınların səsləri eşidilirdi.. Bakıya qayıtdıqdan sonra Rəhmanla
görüşmüşdüm və o, öz yeni ideyalarını mənimlə bölüşmüşdü, Bundan əlavə,
İsmayıllıdakı təəssüratları haqqında danışdı.Danışdıqlarından bəlli olurdu
ki,onun yay tətili xeyli maraqlı keçib. Yayın qızmar günəşi altında çox
qaldığına görə, dərisi bir qədər qaralmışdı. Boyu bir qədər artmışdı, bəlkə elə
buna görə də, çəkisi bir qədər azalmış, arıqlamışdı. Mən ona atamla aramızda
olan söhbətlər haqqında danışdım və o, xeyli təəccübləndi. Sentyabrın 1-i biz dərsə getdik.Artıq,
beşinci sinif şagirdi idik. Demək olar ki, sinif uşaqlarının əksəriyyətində dəyişikliklər
müşahidə olunurdu. Mənsə elə bilirdim ki, zahiri görünüşümdə heç bir dəyişiklik
olmayıb, daxili aləmimdə isə dəyişikliklərin olduğunu hiss edirdim. Yaşımın az
olmasına baxmayaraq, həyatın göründüyü kimi sadə olmadığını başa düşürdüm.
Düşünürdüm ki, əgər, hər şey göründüyükimi sadə olsaydı, o zaman biz məktəbə getməz, təhsil almaz, elm öyrənməzdik.
Günlərimi bu düşüncələrlə keçirirdim.Sinif yoldaş-larımızın bizə qarşı olan
münasibətində heç bir dəyişiklik yox idi. Dərsə getdiyimiz ilk gün ana dili, ədəbiyyat
müəlliməmiz yay tətilini necə keçirdiyimiz haqqında inşa yazmağı tapşırdı.Mən nə
yazacağımı bilmirdim. Rəhmanın isə ideyaları, təəssüratları bol idi. Növbəti
gün Rəhman yazdığı inşanı oxudu: "Mən
yay tətilimi Azərbaycanın ən gözəl guşələrindən biri olan İsmayyıllıda keçirmişəm.
Bu bölgənin təbiəti, gözəl mənzərələri, dağları, çayları, bulaqları məni valeh
etdi.Çayların şırıltısı, bulaqların saf suyu, külək olan zaman ağacların əsən
yarpaqlarının səsi mənə xüsusi zövq verirdi.Mən öz vaxtımı əsasən təbiət
qoynunda keçirirdim. Belə gözəl yerləri gəzmək, təbiətin insanlara bəxş etdiyi
gözəllikləri seyr etmək mənə çox xoş gəlirdi. İsmayıllının hər bir kəndi gözəl
mənzərələrə sahib olsa da, Lahıc, İstisu, Basqal, Buynuz kəndləri xüsusilə fərqlənirlər. Ancaq,
çox təəssüflər olsun ki, bəzi şəxslər meşələrin ağaclarını qırır, doğrayır, odun
şəklinə salır və təbiətin bu gözəlliyini pula dəyişirlər. Bu hal mənə çox kədərli
göründü. Başa düşə bilmədim ki, axı nəyə görə insanlar bu cür gözəllikləri pul
xatirinə məhv edirlər.Onlar dərk etmirlər ki, pul gəldi-gedərdi, təbiətin bu
cür gözəllikləri isə Allah tərəfindən insanlara bəxş edilən hədiyyədir. Rəhmandan sonra inşa oxumaq növbəsi mənə
catdı. Gərək mən də yazdığım inşanı oxuyaydım. Mən yazdığım inşada atamla
aramızda olan söhbətləri və uşaqlarla keçirdiyim zaman olmuş hadisələri
yazmışdım. Rəhmanın yazdığı inşanın mənə təsiri çox böyük oldu. Axı, mən də
atamla təbiət barəsində söhbətlər etmişdim. Kasıb olmaq bəladır, kasıb ola-ola səxavətli
olmaq isə dəhşətdir. Rəhman həm kasıb, həm də səxavətli idi. O, bufetdən nəsə
alanda heç vaxt tək yeməzdi, mütləq kimisə dəvət edərdi. Bu, onun ən üstün cəhətlərindən
biri idi. Rəhmanla aramızda olan dostluq əlaqələrini düşünərkən atamın
danışdığı bir əhvalat yadıma düşürdü: Bir gün bir alimdən soruşurlar: - Qardaş
yaxşıdır, yoxsa dost? -O da, cavabında bildirir: - Qardaş
da dost olsa yaxşıdır. Həqiqətən
də həm sual maraqlıdır, həm də cavab. Biz çox yaxın dost idik. Vaxtımızı bir
yerdə keçirməkdən böyük həzz alırdıq, maraqlı söhbətlər edirdik. Mən sözümün
üstündə dayanırdım. Daha, bağlaragirib
oğurluq etmirdim. Artıq, ədalətlə ədalətsizlik arqasındakı fərqin mahiyyətini dərk
edəcək düşüncəyə malik idim. Zaman
öz axarıyla davam edirdi. Demək olar ki, qeyri-adi heç bir şey baş verməmişdi.
Ancaq, noyabır ayında ana dili-ədəbiyyat müəlliməmiz bizə tapşırdı ki, dostluq
haqqında inşa yazaq. Növbəti dərs Rəhman yazdığı inşanı oxudu. - Atalarımız dostluğun qırılmaz zəncir
olduğunu boş yerə deməyiblər. Bəzən insanlar səhv edərək, gördükləri hər bir
yaxın əlaqəni, xoş münasibəti dsotluq adlandırırlar. Insanlar arasında mövcud
olan ən gözəl münasibətlərdən biri məhz, dostluqdur. Dostluq olmayan yerdə heç
bir normal ünsiyyətdən söhbət gedə bilməz. Dostluq dostun olmayan yerdə fədakarlığa
hazır olmaz deməkdir. Atalarımız təsadüfi deməyiblər ki, dost dar gündə
tanınar. Dostluq qırılmaz zəncir olduğu kimi, dost sözü də hecaya bölünməz
sözdür. Filosoflardan biri deyib ki, pul toplamaqdansa dost qazanmaq yaxşıdır. Yadımda qalan cümlələr bunlar oldu. Mən isə
yazdığım inşanı oxumasaydım daha yaxşı olardı. Artıq hiss edirdim ki,
savadsızlıq insanın mənəvi cəhətdən məhvinə səbəb olur. Dərk edirdim ki,
savadsız insan yel vurmuş ağac kimidir. Bir dəfə atamdan soruşdum ki, ən böyük
bəla nədir? O,isə cavabında bildirdi: - Həyatda ən böyük bəla savadsızlıqdır.
Yadında saxla ki, bütün bəlalar savadsızlıqdan yaranır. Çalış ki, savadlı
olasan. Savadlı olsan xoşbəxt olmaq ehtimalın yüksək olacaq. Ancaq əgər,
savadsız olsan gərək, xoşbəxtlik istəyindən əl çəkəsən. Artıq, atama qulaq asmırdım, əməlli-başlı
eşidirdim.Əvvəllər başa düşmürdüm ki, hər
bir ata, hər bir ana övladının xoşbəxt olmağını istəyir. Çünki, özümü nə qədər
böyük göstərməyə çalışsamdauşaq idim, özüdə macəraları sevən uşaq. Dekabır
ayında ana-dili, ədəbiyyat müəlliməmiz bizə "Müstəqillik nədir” adlı inşa
yazmağı tapşırdı. Həmişəki kimi yenə də Rəhmanın yazdığı inşa daha yaddaqalan
oldu. Üç nəfər sinif yoldaşlarımız öz inşaların oxuduqdan sonra növbə Rəhmana
çatdı. O, səbir və təmkinlə öz inşasın oxumağa başladı : -
"Müstəqillik insanların istədikləri kimi,azad, müstəqil şəkildə yaşaması deməkdir.Müstəqillik haqqında danışarkən Babəkin məşhur
bir ifadəsi yada düşür: "Qırxgün kölə kimi sürünməkdənsə, bir gün azad
yaşamaq yaxşıdır”. Dövlətin
müstəqilliyi dedikdə, o başa düşülür ki, dövlət həm daxili ,həm də xarici siyasətdə
öz istədiyi kimi hərəkət edir. Yəni ,dövlət öz istədiyi ölkələrlə siyasi,
iqtisadi əlaqələr yaradır. Xalqımız
müstəqilliyin qədrini çox yaxşı bilir. Çünki, biz uzun müddət əsarət altında
qalmışıq. Əsarət altında qalan xalq müstəqilliyin qədrini daha yaxşı bilir.
Ümummilli liderimiz Heydər Əliyevin çox gözəl bir ifadəsi var.”Biz ya azad olmalı, ya
məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik.”Sevindirici haldır ki, biz həm azad olduq, həm
də millət olduğumuzu etiraf etdik. Mən hesab edirəm ki, əsarət altında
yaşamaqdansa, azadlıq naminə ölmək yaxşıdır. Yadımda
qalan cümlələr bunlar oldu. Uzun müddət bu cümlələr haqqında düşünürdüm. Həqiqətən
də Rəhman çox maraqlı və vacib faktlara toxunmuşdu. O, sinifimizdə hamıdanyaxşı oxuyurdu.Dərslərindən həmişə əla qiymətlər
alırdı. Mən isə sadəcə olaraq, qiymət xatirinə oxuyurdum. Hadisələr
öz axarıyla davam edirdi. Hər şey necə olmalı idisə, məhz, o cür idi. Novruz
bayramını digər bayramlara nisbətən daha çox sevirdim. Çünki, şəkərbura və
paxlava yemək xoşuma gəlirdi. Tonqal ətrafında dövrə vurmaq, yallı getmək,
tonqalın üstündən tullanmaq,papaq
atmaq, qapı pusmaq isə Novruz bayramının ən gözəl adətləridir.
http://foryoung.do.am/ Müəllif:Nicat Həşimzadə
II hissə
|